Главная » Статьи » TÜRKÇE » Haber |
Nərgiz münsiflərdən 10 bal aldı "Əgər bizim Nərgizə iradımız varsa..." Bazar axşamı Türkiyənin "Star" kanalında yayımlanan "Popstar alaturka" musiqi müsabiqəsinin növbəti buraxılışında həmyerlimiz Nərgiz Hüseynli musiqisi Əli Səlamiyə, sözləri Məhəmmədhüseyn Şəhriyara aid olan "Ayrılıq" mahnısını ifa etdi. İfası bəyənilən Nərgiz bütün münsif heyətindən 10 bal ala bildi. Nərgizin çıxışından sonra Armağan Çağlayan açıqlama vermək istədiyini bildirdi və söylədi ki, "Vatan" qəzetində məşhur bir yazarın məqaləsi çıxıb. Həmin yazıda deyilir ki, biz burada Nərgizin timsalında bütün Azərbaycan xalqını təhqir edirik. Bu belə deyil. Əgər bizim Nərgizə iradımız varsa, bu sırf onun ifası ilə bağlı olur, bu iradları bütün bir xalqa şamil etmirik". Digər münsif üzvləri də Armağanın sözlərinə qüvvət verdilər və Orhan Gencebay qeyd etdi ki, azərilər bizim qardaşlarımızdır, onlar da türkdür, biz öz qardaşlarımızı niyə təhqir edək, burada nə isə bir anlaşılmazlıq var, əvvəl verilişi izləyib sonra yazı yazmaq lazımdır. Nərgiz isə belə bir yazıdan xəbəri olmadığını bildirdi. www.hafta-ichi.com | |
Просмотров: 49 | | |
Всего комментариев: 0 | |